COP 29

   Məktəbdə iqlim dəyişikliyi və COP  ilə bağlı maarifləndirmə işinin aparılması məqsədilə coğrafiya müəllimi Abbasova Mədinənin rəhbərliyi ilə  VII siniflərdə  “COP 29 nədir? “ mövzusunda nümunəvi  dərs təşkil olundu. Müəllim bildirib ki, hər il fərqli bir ölkənin sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP) " noyabrın  11-dən - 22-dək Bakıda keçiriləcək. O iştirakçı sayına və miqyasına görə  Azərbaycanın indiyədək ev sahibliyi etdiyi " Ən böyük tədbir " adlandırılır. COP 29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir toplantıdır. O həmçinin qeyd etdi ki, COP BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir.  Daha sonra şagirdlərə  Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP 29-la bağlı hazırlanmış videoçarxlar, sənədli filmlər nümayiş etdirildi və şagirdlər mövzuya uyğun hazırladıqları divar kağızları ilə dərsə dahada rəng qatdılar. Sonda müəllim  onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi