Müstəqilliyimiz əbədidir

2023-cü il 18 oktyabr tarixində R.Məmmədov adına 269 nömrəli tam orta məktəbdə "Müstəqilliyimiz əbədidir" adlı  tədbir keçirildi. Tədbirin təşkilatçısı tarix müəllimi Xurşudova İlhamə  və IX C sinif  şagirdləri Azərbaycanın odlardan, alovlardan keçərək əldə etdiyi müstəqillik yolu haqqında danışdılar, vətənə aid şeirlər söylənildi, səhnə, rəqslər nümayiş etdirildi və mahnılar ifa olundu. Tədbirdə  dövlətimizin müstəqillik əldə etdikdən sonra keçən illər ərzində keçdiyi inkişaf yolundan, qazandığı yüksək nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirin sonunda məktəbin direktoru Aygün xanım Əzizova  Müstəqillik Günü haqqında şagirdlərə əlavə məlumatlar verərək tədbirin təşkilatçılarına və şagirdlərə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi