18 Oktyabr-Müstəqilliyin Bərpası Günü

    R.Məmmədov  adına 269 nömrəli tam orta məktəbdə müəllim Məmmədli Nərgizin təşkilatçılığı ilə 1 K sinfində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş dərs keçirildi.  Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Müəllim şagirdlərə ölkəmizin müstəqillik tarixini, təhsil sistemini, inkişaf yolunu, xarici siyasətini, iqtisadi və hərbi sahələrdə böyük tərəqqisi haqqında geniş məlumat verdi. Daha sonra o,  Ulu Öndər Heydər Əliyevin yaratmış olduğu müstəqilliyi bu gün ölkə prezidenti İlham Əliyevin davam etdirməsini, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində görülən işləri şagirdlərin diqqətinə çatdırdı. Dərs prosesi zamanı şagirdlər 18 oktyabr-Milli Müstəqillik Günü ilə bağlı rəngləmərini həvəslə rəngləyərək müəllimlərinə təqdim etdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi