"Çörək necə ərsəyə gəlir?" mövzusunda nümunəvi dərs

Məktəbin 1 B sinfində müəllim Qarayeva Könülün rəhbərliyi ilə Azərbaycan dili dərsində “Çörək necə ərsəyə gəlir?” mövzusunda nümunəvi dərs təşkil olundu. İlk öncə müəllim şagirdlərə müqəddəs hesab etdiyimiz çörək və digər un məmulatlarının necə və nədən alındığını, onların hazırlanma texnologiyası, insanların taxılı yetişdirib ərsəyə gətirməsinə sonsuz əziyyət və insan zəhməti ilə yanaşı təbiətin də böyük zəhməti olduğu barədə geniş məlumat verdi. O bildirdi ki, çörək dinimizdə də müqəddəs nemət kimi göstərilib. Çörək elə bir qiymətli nemətdir ki, onun hər qramı alın təri, sonsuz əziyyət, böyük zəhmətlər hesabına başa gəlir. Biz hər gün nə yeyiriksə yeyək, süfrəmizdə mütləq çörək olur. Həyatımızı çörəksiz təsəvvür etmək mümkün deyil. Çörək çox faydalı qida məhsuludur. İnsan orqanizmi üçün vacib olan əsas maddələr çörəyin tərkibində vardır. Daha sonra şagirdlər öz növbəsində mövzuya uyğun olaraq  müəllimin tapşırığına əsasən valideynləri ilə bərabər evdə hazırladıqları çörəkləri sinif rəhbərinə təqdim etdilər. Onlar bu proses zamanı xəmirin necə yoğrulması və ev üsulu ilə çörəyin necə ərsəyə gəlməsi prosesi ilə əyani şəkildə tanış olmuş oldular. Ümumi dərs prosesi zamanı şagirdlər dərs prosesində çox əyləndilər, bir daha çörəyin necə müqəddəs olduğunu və çörəyin süfrəmizə necə gəldiyini, onun hazırlanma texnologiyası hansı mərhələlərdən keçdiyi ilə tanış oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi