Dahi şəxsiyyət

5 may 2023-cü il tarixində məktəbin akt zalında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dahi şəxsiyyət " adlı tədbir keçirildi. Tədbir məktəbin tarix müəllimi Könül Əmirovanın təşkilatçılığı  və 8 E sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Əzizova qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirdi. Məktəb direktoru Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Ulu Öndərin illərlə yaşatdığı əqidə və amalının sınaqlardan keçərək dəyərə çevrildiyini söyləyən Aygün xanım Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə və Azərbaycanın dövlət quruculuğu yolunda inamla irəlilədiyinə diqqət çəkdi.Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi