Heydər Əliyev Muzeyinə ekskursiya

    “Heydər Əliyevin anadan olmasının 100 illiyi” münasibəti ilə Heydər Əliyev irsini daha da yaxından örənmək və şagirdlərə tanıtmaq məqsədi ilə məktəbin musiqi müəllimi Hüseynova Aygünün rəhbərliyi ilə məktəbin 9 A və 9 B siniflərinin Heydər Əliyev muzeyinə ekskursiyası baş tutdu.  Qaradağ rayonunda yerləşən, 2006-ci ilin aprel ayında tikintisinə başlanılmış, tərtibat, tamamlanma işlərinin 2007-ci ilin fevral ayında başa çatdırıldığı Heydər Əliyev adına muzeyin açılışı 14 iyun 2008-ci ildə baş tutmuşdur.  Muzeydə şagirdlərə məlumat verilərək bildirildi ki,  muzeyin yaradılmasında əsas məqsəd ümumimilli lider Heydər Əloiyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir.  Həmçinin bildirildi ki, muzey 3 otaqdan ibarətdir. Muzeydə  195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var.Şagirdlər ekskuriya zamanı muzeyi gəzərək Heydər Əliyev irsi ilə daha da yaxından tanış oldular.  Muzeydə onların diqqətini daha çox  Heydər Əliyevin  bürünc heykəli çəkdi. Şagirdlərin nəzərinə çatdırdılar ki,  bu heykəlin müəllifi azərbaycanlı heykəltəraş Natiq Əliyevdir. Şagirdlər bu ekskursiyadan xoş təəssüratla ayrıldılar.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi