"Mənim anam bir mələk"

    Dünyanın ən fədakar insanıdır.  Ana - bətnində 9 ay, qəlbində son nəfəsinə qədər övladını sevgi ilə saxlayandır. Saf, təmiz və əvəzsiz bir sevgidir Ana sevgisi. Onun sevgisindən zərrə qədər də şübhə duyulmaz,  öz canından daha çox sevər öz övladını. Məktəbin 2 Ə sinfində müəllim Mehdi-zadə Gülnarın təşkilatçılığı ilə "Mənim anam bir mələkdir" tədbir keçirildi. Tədbirdə körpə fidanlar şeir töhvələri ilə analarını və məktəb rəhbərliyini təbrik etdilər.  Daha sonra hazırladıqları səhnəciklə analarına olan sevgilərini bir daha göstərmiş oldular. Tədbirdə çox duyğulu anlar yaşandı və sonda tədbirdə  iştirak edən valideynlər  belə gözəl və anlamlı tədbirə şərait yaratdıqları üçün məktəb rəhbərliyinə dərin təşəkkürlərini bildirdilrər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi