İdman həftəsi şagirdlərimizin gözü ilə

Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində 269 nömrəli tam orta məktəbdə idman həftəsi keçirilməsi planlaşdırılır. İlk öncə  Təşkilatçı Nəzrin Vəkilova və təsviri incəsənət müəllimi Bayramova Arzunun rəhbərliyi ilə məktəbin foyesində idman yarışları, sağlam qidalanma qaydaları haqqında şagirdlərin rəsm işlərindən ibarət sərgi yaradıldı. Bu sərgidə müxtəlif yaş qruplarından olan şagirdlərin əl işləri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi