“Yol hərəkəti qaydalarını birlikdə öyrənək” adlı nümunəvi dərs

     Məktəbin 4 E sinfində “Yol hərəkəti qaydalarını birlikdə öyrənək” mövzusunda maarifləndirici dərs keçirildi. Müəllimin sözlərinə görə dərsin keçirilməsində əsas məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkət qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdir. Yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulayıb.  Həmçinin yol hərəkəti nişanlarınınn, işiqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən və onlara düzgün əməl olunması haqqında məlumat verilib. Şagirdlərin yol hərkəti qaydalarını əyani vəsaitlər üzərində öyrətməyin daha effektiv olduğunu nəzərə alaraq yol hərəkəti qaydalarını izah edən maketler hazırlamışdılar. Dərs prosesi zamanı şagirdlər yol hərəkəti əyani vəsaitlər vasitəsi ilə daha da dərindən mənimsədilər.  Sonda şagirdlər belə bir qənaətə gəldilər ki, yol hərəkəti qaydalarını öyrənmək və ona əməl etmək, özümüzü bədbəxt hadisələrdən qoruyur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi