“Mənim ana dilim” mövzusunda inşa müsabiqəsi

     Şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, müstəqil bədii-estetik düşüncülərini üzə çıxarmaq və onu inkişaf etdirmək məqsədilə 21 Fevral -Beynelxalq Ana dili Günü ilə bağlı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Budaqova Kəmalə 8 B sinfində  “Mənim ana dilim” mövzusunda inşa yazı müsabisəqi keçirdi. Müəllimin sözlərinə görə şagirdlər öz inşalarında Azərbaycan dilinin-doğma ana dilimizin təbiiliyini və bədiiliyini, dilimizin zənginliyini xüsusi vurğulamış, dilimizin yaşadılması və təbliğ edilməsi haqqında öz fikirlərini inşa yazıda əks etdirmişlər. Həmçinin, dilin hər bir millətin maddi və mənəvi irsini qoruyub və inkişaf etdirməsi mövzusuna toxunmuşlar. Hər bir insanın öz ana dilini yaxşı bilməsi və onu qoruması, ana dilimizi qorumağı və inkişaf etdirməyin hər bir azərbaycanlının vətəndaşlıq borcu olmasını öz inşalarında qeyd etmişlər. Müəllimin sözlərinə görə bu inşalar ilə şagirdlər öz dillərini nə dərəcədə sevdiklərini və ona bağlı olduqlarını bir daha sübuta yetirmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi