"Dondurma sarayı" mövzusunda nümunəvi dərs
Məktəbin 2 C sinfində müəllim Məhəmmədxanova Arzunun rəhbərliyi ilə Azərbaycan dili dərsindən "Dondurma sarayı" mövzusunda nümunəvi dərs təşkil olundu. Əsas mövzusu nağıllar aləmini əhatə edən dərsdə şagirdlərdə nağıllara, mütailə etməyə sevgi və maraq oyatmaq başlıca rol oynayırdı. Məktəbimizin işçisi İslam müəllimin köməkliyi ilə təsviri incəsənət fənni ilə Azərbaycan dili fənni fənlərarası inteqrasiya formasında təşkil olundu. O, həmçinin dərs prosesi zamanı şagirdlərə öz məsləhətlərini verərək master-klass göstərib. Şagirdlər dərs prosesi zamanı dərsin mövzusuna uyğun suallara cavab verdilər, əsərin qəhrəmanlarını müzakirə edərək, hansı qəhrəmanınn mənfi, hansının müsbət xarakter olduğunu analiz etdilər. Ümumilikdə dərs prosesi maraqlı və maarifləndirici keçdi.