"Dama " turniri
5 mart Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş idman həftəsi çərçivəsində məktəbdə 6-cı sinif şagirdləri arasında "Dama" turniri keçiriləcək. Fiziki tərbiyə müəllimləri Allahverdiyev Nurlan və Kuznetsova Yana tərəfindən məktəb kitabxanasında püşkatma keçirildi. Yarışlar 23 fevral tarixində keçiriləcək. Final oyunu 2 mart tarixində keçiriləcəkdir. Turnirin keçirilməsində məqsəd
məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli dama üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.