Məktəb kitabxanası-dünyaya açılan qapı

  Məktəbin 4 ə sinif şagirdləri sinif rəhbəri Nərgiz Məmmədlinin təşkilatçılığı ilə məktəbin  kitabxanasını ziyarət ediblər. Məktəb kitabxanası ilə tanış olan şagirdlərə, kitabxanaçılar tərəfindən kitabxanadan istifadə qaydaları izah olundu.Daha sonra muəllim Nərgiz Məmmədli uşaqlara Azərbaycan və rus ədəbiyyatından bir sıra nümunələr göstərib və kitab oxumağın faydaları barədə geniş məlumat verdi. 

1. İnsanın söz ehtiyatı artır. 

2. İnsan başqalarıyla daha rahat ünsiyyət qura, fikirlərini daha dolğun ifadə edə bilir. 

3. Stress və gərginlik azalır. İnsanın beyni dincəlir. 

4. Mütaliə beyin hüceyrələrini cavanlaşdırdığı üçün qocalmanı gecikdirir. 

5. Kitab oxumaq yaddaşın güclənməsinə təsir edir. 

6. Tez-tez diqqəti yayınan insanlarda təmərküzləşməni yaxşılaşdıra bilər. 

7. İnsan bilik əldə etdikcə, özünə inamı artır. 

8. İnsanda kreativlik artır, yeni ideyalar yaranır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi