"Mən oxudum, sən də oxu"

     Kitab, yaşından asılı olmayaraq, hər kəsin dostu, həyatda yolgöstərənidir.  Kitabın insan həyatındakı rolu əvəzsizdir. Həyatımız boyu kitabın dünyagörüşümüzdə, hərtərəfli inkişafımızdakı rolunu hiss edirik. Məhz buna görə kitab bizim dostumuza çevrilir. Bir-birimizə kitab hədiyyə edəndə də məhz onun dəyərini nəzərə alırıq. Oxunaqlı kitab isə daha qiymətli hədiyyə hesab edilir. Məktəbin 4 ə sinfində müəllim Sərdərova Vəfanın rəhbərliyi ilə  14 fevral Beynelxalq kitab bağışlama günü ilə əlaqədar sinif otağında şagirdlər arasında “Mən oxudum səndə oxu adlı” nümunəvi addım atıldı. Şagirdlər həmçinin oxuduqları kitablardan ilhamlanaraq öz təxəyyüllərinə görə bir-birindən maraqlı hekayələr hazırlamışdılar.  Müəllim bildirdi ki, şagirdlərin formalaşmasında, mənəvi aləmin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu çox böyük rolu var. Şagirdlər oxuduqları kitabları bir-birilərinə hədiyyə etdilər. Onlar bildirdilər ki, tədris ilini sonuna qədər bu ənənəni davam etdirəcəklər. Və bu addımla onlar daha çox kitab oxuyaraq kitab oxumaq vərdişlərini daha da inkişaf etdirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi