"Nağıl saatı"

      Məktəbin 2 D sinfində müəlim Adilova Vahidənin rəhbərliyi ilə  “Nağıl saatı” təşkil olundu. Nağıllar nəsildən-nəsilə ötürülən, şagirdlərin dünya ilə təmasını tənzimləyən, onların dünya görüşünü artıran əvəzsiz bir xəzinədir. Müəllimənin sözlərinə  “Nağıl saat”nın təşkil olunmasında əsas məqsəd hadisələrin inkişafı vasitəsi ilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı şagirdləri  kitaba və mütaliəyə həvəsləndirməkdir.  Müəllim Uçan xalça nağılını elektron löhvədə şagirdlərə əyani şəkildə nümayiş etdirdi.  Dərs prosesi zamanı şagirdlər nağılı oxuyarkən obrazların nitqini onların xarakterlərinə uyğun səsləndirirdilər.  Bu proses  həm də onların nitqinə çox böyük təsir göstərir.  Sonda şagirdlər nağıl qəhrəmaları haqqında öz fikirlərini bildirib, mənfi və mübət nağıl qəhrəmanlarını müzakirə etdilər. Müəllimənin sözlərinə görə “Nağıl saatının” təşkil olunması uşaqlar üçün məqsədəuygundur. Belə ki, uşaqlar həm də nağıl qəhrəmanlarının dünyasina səyahət etmiş olurlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi