İstiqlal şairi

 Xətai rayonu Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbdə  Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü ilə əlaqədar məktəbin tədbirlər planına əsasən ümumməktəb tədbiri keçirilib.Tədbir iştirakçıları öncə böyük şairin sözlərinə bəstələnmiş Azərbaycan Himnini oxuyublar. Tədbirdə məktəbin direktoru Aygün xanım Əzizova, Təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Təşkilatçı müavin iştirak etdilər. İlk öncə tədbin aparıcıları   Əhməd Cavadın həyat və yaradıcılığı, rastlaşdığı haqsızlıqlar,  şairin ailəsi, sevimli həyat yoldaşı və s. haqqında məlumat verdilər. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Budaqova Kəmalənin təşkilatçılığı ilə baş tutdu. 

Tədbirdə Əhməd Cavad haqqında hazırlanan videoçarx nümayiş olunub. VIII sinif şagirdlərinin ifasında şeirlər söylənilib. Daha sonra VIII sinif şagirdlərinin təqdimatında "Şükriyyə xanımın həbsedilmə səhnəsi" və 8 B və 8 C sinif şagirdlərinin təqdimatında "Səsli qız" poemasından bir hissə səhnələşdirilib.Şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. Direktor Aygün xanım Əzizova  Əhməd Cavadın lirikasından  danışaraq, onun poeziyasını təhlil edərək vurğulayıb ki,  şairin Sovet əsarətinə qarşı haqlı mübarizəsi onun şeirlərində tam dolğun şəkildə əksini tapıb, dərin vətənpərvərlik duyğuları yüksək ustalıqla ifadə olunub.Çıxışlarında şairin yaradıcılığından gətirdiyi nümunələr əsasında ideya və məzmun xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırıblar. Şagirdlər məktəbin şagirdi Həsənalızadə Əlinin  ifasında  "Gəncədən gəlirəm" mahnı sədaları altında rəqs ediblər. Tədbir şagirdlərin ifasında "Can Azərbaycan" mahnısı ilə başa çatıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi