Tarix fənnindən açıq dərs

Dekabrın 28-də məktəbimizin VIII Ə  sinfində tarix fənnindən “Nadir şah imperiyasının süqutu” mövzusunda açıq dərs keçirildi. Açıq dərs tarix müəllimi Əmirova Könülün rəhbərliyi ilə keçirildi. Dərsdə məktəbin direktoru Aygün xanım Əzizova, təlim-tərbiyə işləri üzrə direktor müavini Əmirova Gözəl iştirak etdilər. İlk öncə müəllim slaydlardan istifadə edərək şagirdlərə Nadir şah haqqında video izlətdi. Dərs gedişatında şagirdlər 4 qrupa bölündülər və dərsdə Nadir xan Əfşar öz yeni dövlətini necə yatmağından və bu dövlətin daxili siyasətindən, Nadir şahın Azərbaycan dövlətçiliyindəki mühüm rolu və fəaliyyətindən ,onun işğal etdiyi ərazilərdən, imperiyanın süqutuna nələrin səbəb olduğundan danışdılar.Həmçinin dərsdə işğal olunmuş torpaqlarımızdan da söhbət açıldı. Sonda tarix müəllimi  Könül Əmirova şagirdlərə  "Mən Nadir şah olsaydım hansı işləri görərdim" mövzusunda esse yazmağı tapşırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi