Şagirdimizin beynəlxalq olimpiadada uğuru

Məktəbimizin 5 C sinif şagirdi Əyyubov Rauf 18 dekabr 2022-ci ildə keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında fərqlənərək bürünc medala layiq görülüb. Məktəbimizin direktoru Aygün Əzizova şagirdimizi və ona riyaziyyat fənnini tədris edən müəllim Sevda Babayevanı təbrik etdi. Məktəb kollektivi adından şagirdimizi təbrik edir, ona gələcəkdə iştirak edəcəyi müsabiqələrdə uğurlar arzulayırıq.