"Qan xəstəlikləri" mövzusunda nümunəvi dərs
Məktəbimizin VIII "E" sinfində Biologiya fənnini tədris edən Vəkilova Gülnarə müəllimənin təşkilatçılığı ilə " Qan xəstəlikləri" mövzusunda nümunəvi dərs keçirildi. Dərs zamanı şagirdlər mövzu haqqında təqdimatlar hazırladılar. Təqdimatları şagirdlər qruplara bölünərək müəllimin dərs boyunca mövzu haqqında verdiyi biliklərdən istifadə edərək hazırlamışdılar. I qrup - Talassemiya, II qrup - QİÇS, III qrup - Leykoz, IV qrup - Qan-damar xəstəlikləri haqqında geniş və maraqlı təqdimatlar hazırlamışdılar. Dərs şagirdlər tərəfindən maraqla qarşılandı. Sonda şagirdlər müəllim ilə birlikdə gələcək həyatlarında özlərini və yaxınlarını, cəmiyyətimizin belə qorxunc xəstəliklərdən qorunmağın yolları haqqında fikir mübadiləsi etdilər.