Yaşadığımız diyarın dərman bitkiləri

     Dərman bitkiləri qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilmişdir. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib.  Məktəbimizdə biologiya müəllimi Ələkbərova Məsməxanımın rəhbərliyi ilə 7 B sinfində “Yaşadığımız mühitin dərman bitkiləri və onların faydası” mövzusunda nümunəvi dərs keçirildi.  Dərsin keçirilməsində əsas məqsəd Azərbaycanda bir çox bitki və meyvələrin xüsusiyyətləri, təbabətdə istifadəsi və müalicəvi əhəmiyyəti barədə şagirdlərə ətraflı və geniş məlumat vermək idi. Dərs prosesi zamanı müəllim şagirdlərin nəzərinə çatdırdı ki, ölkəmizdə olan bitkilərin və meyvələrin təbabətdə istifadəsi zamanın sinağından uğurla çıxaraq hazırda da öz əhəmiyyətini itiməyib. Şagirdlər həmçinin dərs prosesi  zamanı Azərbaycan florasına daxil olan bitkilərin bir çoxunun dərman əhəmiyyətli olması və insanların qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə olunması barədə topladıqları məlumatları təqdim etdilər.  Onlar hazırladıqları təqdimatlarda bəzi xəstəliklərin müalicəsində istifadə olunan bitkiləri nümayiş etdirdilər.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi