İlk tibbi yardım
Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 4 A sinif şagirdləri üçün sinif müəllimi Xammədova Səmayə "İlk tibbi yardım" mövzusunda təlim-dərs keçdi. Dərsdə müəllim şagirdlərə zədələnmələr, qanaxmalar, sınıqlar və boğulmalar zamanı ilk tibbi yardım qaydalarını izah etdi, dərsliklərdən oxuduqları mövzuları əyani qaydada göstərdilər. Daha sonra şagirdlər xəstəni bərpa vəziyyətinə gətirməyin və nəbzini ölçməyin yollarını öyrəniblər. Şagirdlər dərs prsesində zərərçəkimiş şəxsə necə ilk tibbi yardım göstərməyi öyrəndilər.