Basketbol yarışında daha bir qələbəmiz

Məktəblər arasında basketbol üzrə Respublika çempionatının Xətai rayon mərhələsi keçirilib. Maraqlı müabrizə şəraitində keçən yarışda 269 saylı tam orta məktəbin həm qızlardan, həm dəoğlanlardan ibarət yığma komandası qalib gələrək I yerə layiq görüldülər. Komandamız Xətai rayon gənclər və idman idarəsinin diplomları ilə təltif olundular. Bu qələbə münasibəti ilə kollektivimiz adından qaliblərimizi və onların müəllimi Ələkbərov Azəri təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.