Ulu öndərin anım günü ilə bağlı tədbir keçirildi

     Məktəbimizdə musiqi müəllimi Hüseynova Aygünün rəhbərliyi ilə umumimilli lider, müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə  həsr olunmuş  tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlanıldı. Daha sonra tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.  Daha sonra məktəbimizin direktoru Aygün xanım Əzizova Heydər Əliyevlə görüşməsini və onunla bağlı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Həmçinin məktəbin Azərbyacan dili və ədəbiyyat müəlliməsi Vəliyeva Sona da ulu öndərlə görüşündən və bu görüşün onun gələcək həyatına olan təsirindən danışdı. Həmçinin məkətəbin tarix müəllimi Xurşudova İlhamə Heydər Əliyevin keçdiyi həyat yolu haqqında tədbir iştirkaçılarına məlumat verdi. Daha sonra  Şagirdlərimiz Heydər Əliyev bağlı öz çıxışlarını təqdim etdilər. Həmçinin Heydər Əliyevlə bağlı şagirdlərimizin hazırladıqları slayt şoular tədbir iştirakçılarına təqdim olundu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi