Təhlükədən uzaq olaq

Məktəbin 2 A sinfində müəllim Paşayeva Zəhranın təşkilatçılığı ilə "Yol hərəkəti qaydalarını öyrənək və əməl edək" mövzusunda sinif tədbiri keçirildi. Tədbirin məqsədi uşaqların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də məktəbdə şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması idi. Uşaqlar "Yol hərəkəti qaydaları və işarələri " haqqında ətraflı məlumat verdilər, bu mövzuda hazırladıqları təqdimatları nümayiş etdirdilər. Siniflərdə belə tədbirlərin keçirilməsi uşaqların təhlükəsizliyinin təmin olunmasında maarifləndirmə işlərinin əhəmiyyətini dahada artırır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi