Şagirdlərimizin uğuru

Bildirdiyimiz kimi Rüfət Məmmədov adına 269 N-li tam orta məktəbdə Təşkilatçı müavin Nəzrin Vəkilova və məktəbin təsviri incəsənət müəllimi Bayramova Arzunun təşkilatçılığı ilə "Narkomaniyaya YOX deyək!" adlı rəsm sərgisi keçirildi. Həmin rəsm müsabiqəsində fərqlənən şagirdlər Quliyeva Leyli və Əlizadə Aydanın  rəsm əsərləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Narkomaniyaya yox deyək" adlı rəsm müsabiqəsinə göndərildi. Şagirdlərimiz sərgidə fəal iştirakına görə  sertifikatla  mükafatlandırıldılar. Məktəb kollektivi adından şagirdlərimizi təbrik edir,  gələcək müsabiqələrdə uğurlar arzulayırıq.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi