Layihənin yekunu

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Cəmilənin rəhbərliyi ilə 9-cu siniflərdə ədəbiyyatımızın dəyərli incilərindən olan Əhməd Cavad, Almas İldırım və Cəfər Cabbarlı yaradıcılığının araşdırılması, öyrənilməsi və layihənin təhvil verilməsi mövzusunda yekun dərs keçirildi. Dərs sözləri Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Daha sonra şagirdlər bu şairlər haqqında araşdırıb topladıqları məlumatları təqdim etdilər. Onlar şairlərimizin ədəbiyyatımızda buraxdığı izlər, qoyduqları töhvələr barədə ətraflı və geniş məlumat verdilər. Müəllimin sözlərinə görə şagirdlər bu layihə üzərində əzmlə və həvəslə çalışdılar və gözəl nəticə ilə layihəni təqdim etdilər.