Tarixin daş yaddaşı

   Məktəbin  8 D sinfində  müəllim  Sona  Vəliyevanın rəhbərliyi  ilə tarixi abidələr haqqında nümunəvi  dərs keçirildi. İllərin  sınağından  keçərək  bu günümüzə qədər öz tarixiliyini və qədimliyini qoruyaraq yüzlərlə abidələrimiz gəlib  çıxmışdır. Sona müəllimə  dərs  prosesi zamanı abidələr və tarixi yerlərin öz görkəmləri ilə xalqalara hər an kimliyini, nəyə qadir olduğunu xatırlatdığını, vətən sevgisi və ona sadiqlik kimi ülvi hissləri aşıladığını qeyd etdi. Həmçinin xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu abidələrin insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynadığını şagirdlərin nəzərinə çatdırdı. Şagirdlər də, öz növbəsində onlara daha maraqlı və diqqətlərin cəlb edən tarixi abidələr haqqında geniş məlumat topladılar, həm də şəkil formasında  təqdim etdilər. Bütün şagirdlər dərs prosesində fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi