Həyat bilgisi fənnindən nümunəvi dərs
Məktəbin 9 Ə sinfində müəllim Vəkilova Gülnarənin rəhbərliyi ilə ""Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması" adlı nümunəvi dərs keçirildi. Dərs başlarkən müəllim şagirdlərə yaşadığımız dövrdə təbii və texnogen mənşəli fövqəladə halların baş verməsi təəssüf ki, qaçılmaz olduğunu bildirdi. Məhz bu cür hallar zamanı insanların xəsarət almamaları üçün təhlükəsizlik qaydalarının artırılmasının vacibliyini vurğuladı. 9 "Ə" sinif şagirdlərə mövzuya uyğun hazırladıqları təqdimatları müzakirə etdilər. Sonda şagirdlər bu dərs nəticəsində əldə etdikləri bilgiləri baş verə biləcək fövqaladə halların qarşısının alınmasında, eləcə də həmin hadisələrin nəticəsinin aradan qaldırılması prosesində böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.