Sağlam bədəndə, sağlam ruh
17 oktyabr tarixində məktəbin Fiziki tərbiyə müəllimi Allahverdiyev Nurlanın rəhbərliyi ilə "Sağlam bədəndə sağlam ruh" adlı nümunəvi dərs keçirildi. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə fiziki tərbiyə dərslərinə marağı artırmaq, nəzəri biliklərin praktik vərdişlərə keçməsini təmin etmək və şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltməkdən ibarətdir. Dərsin gedişatında müəllim şagirdlərin sürət qabiliyyətini yoxladı. Dərs prosesində hərəkətin reaksiya tezliyini inkişaf etdirən oyunlar keçirildi.