Şahinlər hərbi-idman yarışı keçirildi

Hər il olduğu kimi bu ildə H.Əliyev adına Ali Hərbi Məktəbdə “Yüksək hərbi hazırlıq və Yüksək sıra hazırlığı” mövzusunda idman yarışları keçirilmişdir. 16 aprel tarixində Xətai rayonu üzrə olan məktəblərarası yarışlarda GÇHH rəhbəri Niyazi Abbasov məktəbimizin şahinlərini yüksək səviyyədə hazırlamış və yarışlarda şagirdlərimiz III yerə layiq görülmüşlər. Şahinlərimizi təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!