Məktəbdaxili fənn olimpiadasının I turu başa çatdı

16 yanvar 2021-ci il tarixdə məktəbdaxili fənn olimpiadası keçirildi. Olimpiadada Azərbaycan və rus bölməsinin VIII, IX, X, XI sinif şagirdləri iştirak etdi. Olimpiada Microsoft Teams proqramı vasitəsilə onlayn olaraq həm qapalı, həm də açıq tipli suallardan ibarət olmaqla bir neçə variantda təşkil olunub. Bilik yarışı məktəb direktoru Alla Vəzirova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyeva tərəfindən izlənildi.Müəllimlərin nəzarəti altında keçirilən olimpiadanın nəticələri qisa müddətdə yoxlanılacaq, nəticələr müzakirə olunub təhlil ediləcək.Yüksək nəticə toplayan şagirdlər olimpiadanın növbəti turunda iştirak etmək hüququ qazanacaq.