Açıq dərslər

13 fevral 2015-ci il tarixində məktəbin riyaziyyat müəllimi Xəlilova Yeganə 5a sinfində "Dördbucaqlılar" mövzusunda açıq dərs verdi. Şagirdlər çox fəal idilər.Elektron lövhədən istifadə edilməklə müxtəlif dördbucaqlılar çəkildi, şagirdlər qruplara bölündü. Hər qrup onlara verilən tapşırıqları yerinə yetirib təqdimat etdilər. Müxtəlif fənlərlə əlaqə yaradıldı. Aparılan sual-cavabdan, şagirdlərin fəallığından hiss olunurdu ki, müəllimə bu neçə ay ərzində öz işinə çox məsuliyyətlə yanaşıb. Daim axtarışda olan, fənninə sonsuz məhəbbəti ilə seçilən bu gənc müəllimənin neçə-neçə uğurları hələ qabaqdadır. 20 fevral 2015-ci il tarixində 7c sinfində azərbaycan dili fənnindən Məmmədova Hicranın açıq dərsi dinlənildi. Məktəbin ən təcrübəli, nümunəvi müəllimlərindən olan Hicran müəllimə öz peşəkarlığı, keçirdiyi tədbirlərlə, digər insani xüsusiyyətləri ilə həm müəllim kollektivinin, həm də valideynlərin rəğbət və hörmətini qazanmışdır. "Köməkçi nitq hissələri" mövzusunda frontal sorğu keçirildi. Lövhədə motivasiya qurmaq üçün müxtəlif şəkillər asılmışdı. Qruplara işçi vərəqlər paylandı, hər qrup öz cavablarını təqdim etdi. Sonra əsrin faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. Qarabağa, Xocalıya aid videoçarx göstərildi. Qarabağ atlarına həsr olunmuş "Həsrət" hekayəsi oxundu, şagirdlər tərəfindən araşdırıldı və müzakirə edildi. Müəllim vaxtdan düzgün və səmərəli istifadə etdi. Hər bir şagirdin öz fikrini söyləməyə, cavblar verməyə ruhlandırırdı. Heç bir şagird diqqətdən kənarda qalmadı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi