Şəhid və Qazi ailələrinə bayram sovqatı

Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Məhz şəhidlərimizin şücaəti sayəsində biz firavan həyat yaşayırıq. Otuz ilə yaxın işğalda olan torpaqlarımız onların döyüş əzmi, mübarizliyi və canları bahasına azad olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Mərd oğullarımız zəfər tariximizi öz qanları ilə yazdılar. Buna görə də şəhid ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın borcudur. Bu baxımdan, məktəbimizin şagird,müəllim və valideynləri ilə birlikdə Şəhid və Qazi ailələrinə Novruz xonçaları göndərərək onların yanında olmuş və bayramların təbrik etmişlər. Allah şəhidlərimizə rəhmət etsin!