"Yurdumuza bahar gəlir!"

Məktəbdə ölkəmizin milli bayramı olan Novruz bayramı münasibətilə "Yurdumuza bahar gəlir!" adlı tədbir keçirildi. Məktəbin direktoru Yeganə Qurbanova tədbiri açıq elan etdi və hər kəsin İlaxır çərşənbəsini təbrik etdi. Tədbirdə xalqımızın qədim adət -ənənələri həyata keçirildi. "Yurdumuza bahar gəlir!" adlı tədbirin keçirilməsi milli mədəniyyətimizi yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından çox vacibdir Novruz təkcə baharın gəlişi deyil , həm də birliyimizi , həmrəyliyimizi və qədim adət - ənənələrimizi ifadə edən müqəddəs bayramdır .