Bulinq nədir və ondan necə qorunaq
Bullinq nədir və ondan necə qorunaq
Bullinq- bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışıdır ki, məktəblərdə rast gəlinir. Başqalarına qarşı aqressiv, alçaldıcı davranışlar həmişə bir şəxsin həmişə öz nüfuzunu təsdiq etmək, əylənmək və ya hər hansı marağı naminə edir. Digər uşaqlar isə bullerin hərəkətini müşahidə edərək ya onlara məhəl qoymur, ya qəzəblənir, ya da müdaxilə etməyə çalışırlar.
Məktəbdə bullinq hallarının qarşısını almaq məqsədilə ilk növbədə bu haqda məlumatlı olmaq lazımdı. Məktəbin psixoloqu Ağamirzəyeva Nəzakət ibtidai siniflərdən başlayaraq "Bullinq nədir və ondan necə qorunaq" mövzusunda seminarlar keçirərək, şagirdlərə təqdimat şəklində geniş məlumat verdi. Seminar diskusiya şəklində davam etdirilərək, şagirdlərin hər birinin bullinq haqqında fikirləri təhlil olundu, onları maraqlandırılan suallar cavablandırıldı.