"Kosmonavtika günü"

10 aprel 2015 tarixində məktəbimizin ibtidai sinif müəllimi Aynur Bağırova tərəfindən təşkil olunmuş "Kosmonavtika günü" ilə bağlı gözəl bir tədbir keçirildi. Bu tədbirin keçirilməsində məqsəd şagirdlərin kainat, fəza, planetlər və kosmos sahəsində nailiyyətlər qazanmış görkəmli şəxsiyyətləri haqqında bilgilərin daha da genişləndirilməsi idi. Bu sahədə şagirdlərin fərziyyələri, düşüncələri çox maraqlı oldu. Şagirdlər özlərini kosmik aləmdə hiss edirdilər. Bununla əlaqədar gözəl bir səhnəcik də hazırlanmışdı. Bu səhnəcikdə uşaqlar kosmik aləmlə tanış olduqlarını bir daha nümayiş etdirdilər. Onların bu sahədə bilgiləri çox maraqlı idi. Onlar Nəsrəddin Tusi, Əbülhəsən Bəhmənyar əl-azərbaycani, Kərim Kərimov, Tofiq İsmayılov haqqında kiçik məlumatlar verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi