31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

30 mart 2015-ci il tarixində məktəbimizin tarix müəllimi Mirzəbəyev Elçin "31 Mart Azərbaycanlıların soyqırımı günü" ilə əlaqdar yuxarı sinif şagirdləri ilə dəyirmi masa keçirdi. Şagirdlərə soyqırım haqqında ətraflı məlumat verildi. 1918-ci il qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdiyi çoxsaylı soyqırım aktlarından biridir. 1998-ci il tarixindən etibarən Azərbaycanda bu tarix dövlət səviyyəsində qeyd olunur. 1918-ci ilin mart, aprel aylarında ermənilər Bakıda, Qubada, Muğanda, Lənkəranda əlli mindən artıq azərbaycanlını qətlə yetirmiş, evləri talan etmişlər. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə qeyd edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi