17 noyabr-Milli Dirçəliş Günü

          17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar olaraq 15 noyabr tarixində 264 nömrəli məktəb-liseydə münasibətilə məktəbdə silsilə tədbirlər, divar qəzetləri hazırlandı. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Məktəbin tərbiyə İşləri üzrə direktor müavini Kəmalə Cabbarova, Azərbaycan dili müəllimi Şəfiqə Cəfərova və YAP-nın üzvü məktəbin ingilis dili müəllimi Telman Rüstəmov cıxış edərək qeyd etdilər ki, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi