Ölkəmizi tanıyaq

13.11.2019-cu il tarixdə Xətai rayonunda  Heydər Əliyev adına parkda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edən məktəblilərin  təntənəli yolasalma mərasimi təşkil olunub. Yolasalma mərasimində 264 nömrəli məktəb-liseyin əlaçı şagirdi Süleymanlı Çinarə də gedənlər sırasında idi. O öz cıxışında şagirdlərə yaradılan bu şərait üçün ölkə başçısı İlham Əliyev cənablarına, birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov, Dövlət Milli Təhlükəsizlik Xidməti Xətai rayon Şöbəsinin rəisi Babək Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Əqid  Bayroyev, rayon Polis İdarəsinin rəis müavini Ramin Hüseynov, Milli Qəhrəman Möhsün Məmmədov, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları, rayonun  mədəniyyət kollektivləri iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi