Sağlamlığa doğru 25 min addım adlı tədbir keçirildi

     01 noyabr tarixində 264 nömrəli məkəb-liseyin 8 q sinfində “Sağlamlığa doğru 25 min addım” və ya “Hərəkət həyatdır” mövzusunda tədbir keçirilmişdir. Sinif rəhbəri Aygül Mirsucayevanın təşəbbüsü ilə tədbir məktəbin akt zalında təşkil olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi, məktəbin həkimi və başqa sinif şagirdləri iştirak edirdi. 8 q sinif şagirdləri zəmanəmizin bəlası olan hipodinamiyanın (hərəki aktivliyin məhdudlaşdırılması) yaratdığı fəsadlardan məlumat verdilər. Şagirdlərin səhhətində yaranan problemlərin aradan qaldırılma yollarını müzakirə etdilər. Tədbirdə göstərilən canlı görüntülər auditoriyanın geniş marağına səbəb oldu. Sonda şagirdlər sağlam həyat tərzinin şagirdlərin psixologiyasına müsbət təsirindən, xəstəliklərin necə aradan qaldırılmasından bəhs edən videoçarx nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi