Şanlı bayrağım adlı tədbir

07 noyabr 2019-cu il tarixdə 264 nömrəli məktəb-liseydə “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə məktəbimizdə Bayraq Gününə həsr olunmuş şeir, mahnı, inşa və rəsm müsabiqəsi keçirildi. Qaliblər mükafatlandırıldı. Yekun olaraq məktəbimizin akt zalında “Şanlı bayrağım” adlı tədbirdə məktəb müdriyəti, müəllim kollektivi və şagirdlər iştirak etdilər. Tədbirdə şagirdlərin ifasında Bayraq Gününə həsr olunmuş şeirlər, mahnılar, rəqslər və musiqi nömrələri dinlənildi. Sonda məktəbin direktoru Sevda xanım Qocayeva dövlət atributlarından olan bayraq haqqında geniş çıxış etdi. Bu bayram münasibətilə Azərbaycan xalqını, eləcə də müəllim və şagird kollektivini təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi