Oxumaq zərərli deyil, oxumamaq zərərlidir

17 may 2019-cu il tarixdə 264 nömrəli məktəb-liseydə “Oxumaq zərərli deyil, oxumamaq zərərlidir” adlı hazırlanmış layihə təqdim edildi.

Layihənin hazırlanmasında əməyi olan məktəbin kitabxana heyəti: Elmira Cəbrayılova və Natəvan Əliyevanın məqsədi şagirdlərimizə bədii sözə böyük maraq oyatmaq, söz ehtiyatını, oxu bacarığını inkişaf etdirmək və formalaşdırmaqdır.

Layihədə 5 sinif şagirdləri bədii ədəbiyyat nümunələri, ibrətamiz sözlər, qiymətli kəlamlar və S.S.Axundovun “Qaraca qiz” hekayəsindən bir hissəni səhnələşdirdilər. Eyni zamanda şagirdlər əsərdəki surətləri səciyyələndirərək təhlil etdilər. Şagirdlər onu da söylədilər ki, dostluq nümunəsi Qaraca qız və Ağca xanımın simasında bizim üçün dost olmanı başa düşməyə, anlamağa səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi