Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xocalı soyqırımının 24-cü ildönümünün qeyd edilməsi barədə 15 fevral 2016-cı il tarixli,78 nömrəli əmri əsasında 264 saylı məktəb-liseydə Xocalı faciəsi ilə bağlı bir neçə tədbirlər həyata keçirilmişdir. İlk öncə tədbirlər planı hazırlanmışdır. Plana əsasən siniflərdə Xocalı faciəsini əks etdirən foto-stendlər,güşələr yaradılmışdır. Fevral 15-22 dək inşa və şeir müsabiqəsi keçirilmişdir.Sinif saatları məhz Xocalı soyqırımına həsr olunmuşdur. Fevralın 25-də məktəbin akt zalında Xocalı soyqrımına həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Xətai və Suraxanı rayonlarının Metod Mərkəzinin nümayəndəsi Gülsüm xanım çıxış etmişdi.Şagirdlərin ifasında Xocalı faciəsinə dair şeirlər söylənildi,səhnələşdirilmiş tamaşaya baxıldı.Məktəbin tarix müəllimi İradə Əhmədova Xocalı soyqırımı haqqında,onlarda düşmənə qarşı barışmazlıq hissi ,vətənə, doğma torpağa sədaqət, məhəbbət duyğularının gücləndirilməsi istiqamətində çıxış etdi. Sonda məktəbin direktoru Sevda xanıma söz verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi