“Valideynin peşəsi” adlı görüş keçirildi

                27 fevral 2019-cu il tarixində 264 nömrəli məktəb-liseydə “Valideynlərlə bir gün” adlı layihənin davamı olaraq, “Valideynin peşəsi” adlı görüş keçirildi. Məktəbin ibtidai sinif müəllimi Təranə Ağayeva rəhbərlik etdiyi  sinfin valideyni Anar Hacıbabayev məktəbə dəvət olundu. O, Emirton şirkətində mühəndis vəzifəsində işləyir. Anar Hacıbabayev öz peşəsindən, işinin vacibliyindən şagirdlərimizə danışdı və şagirdləri maraqlandıran suallara cavab verdi. Onun iş fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Sonda şagirdlərimizin ifasında şeir və rəqs ifa olundu və məktəbin direktoru Sevda xanım Qocayevaya söz verildi. Sevda xanım qonağa dəvətimizi qəbul etdiyi üçün təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi