“Ana dilim şirindir”

           264 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor müavini Leyla Cəbrayılovanın təşkilatçılığı və 5 “b” sinfinin, eləcədə ibtidai siniflərin istedadlı şagirdlərinin fəal iştirakı ilə 21 fevral tarixində “Beynəlxalq Ana dili günü” nə həsr olunmuş “Ana dilim şirindir” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Sevda xanım Qocayeva, direktor müavinləri Yaşar Mirzəliyev və Kəmalə Cabbarova, həmçinin, məktəbimizin müəllim və valideynləri də iştirak edirdilər. Bir-birindən maraqlı nömrələrlə hamının diqqətini cəlb edən şagirdlərimiz Azərbaycan dilinin zənginliyini, gözəlliyini ifadə edən şeir, mahnı və səhnəcikləri ilə tamaşaçıların rəğbətini qazandılar.Tədbirdə Azərbaycan dili dərslərinə və şagirdlərimizin əldə etdikləri nailiyyətlərinə aid slaydlar da nümayiş etdirildi. Sonda məktəbimizin direktoru Sevda xanım Qocayeva söz verildi. Sevda xanım maraqlı tərtibat və tədbirə görə təşkilatçılara minnətdarlığını bildirdi və xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi