"Valideynlərlə bir gün"

       Fevralın 15-də 264 nömrəli məktəb-liseydə “Valideynlərlə bir gün” layihəsi çərçivəsində “Açıq qapı” tədbiri keçirilmişdir. Səhər saat 9-dan 14-dək davam edən bu tədbirdə valideyinlər məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriyalarla tanış edilmiş, 23 müxtəlif fənlər üzrə açıq dərsləri dinləmişlər. Sonra çay süfrəsi arxasında onlara məktəb həyatına aid video-çarx, şagirdlərin ifasında rəngarəng konsert proqramı təqdim olunmuşdur. Belə səmimi görüş üçün valideynlər məktəb rəhbərliyinə, bütün pedaqoji heyətə minnətdarlıqlarını bildirmişlər.

       Tədbirin sonunda məktəbin direktoru Sevda xanım Qocayeva dəvəti qəbul edib tədbirə qatıldıqları üçün valideynlərə təşəkkürünü bildirmişdir.  https://www.youtube.com/watch?v=_y7jwp_QbBk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi