Şəhidlər unudulmur

          1990-cı il 20 yanvar hadisəsi  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik  zirvəsinə ucaldılar. Artıq 20 yanvar faciəsindən 29 il keçir. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Bu ənənəyə sadiq qalaraq 264 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlər heç bir zaman unudulmur və Azərbaycan xalqının qəlbində daima yaşayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi