“Azərbaycan Həmrəyliyin Mübarək” adlı tədbir keçirildi

264 nömrəli məktəb-liseydə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Azərbaycan Həmrəyliyin Mübarək” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. İstedadlı şagirdlərimiz “Vətənpərvərlik” mövzusunda müxtəlif dillərdə şeirlər, maraqlı rəqs və mahnılar ifa etdilər. Tədbirdə xarici ölkədə yaşayan həmyerlilərimiz alim, kimya elmlər doktoru Faiq Musayevin təbriki, Fransadan Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın və 264 nömrəli məktəb-liseyin xarici ölkələrdə təhsil alan və işləyən məzunları canlı yayımla məktəbin direktoru Sevda xanım Qocayevanı və müəllim kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi