Ulu Öndərin anım günü

              264 nömrəli məktəb-liseydə dahi şəxsiyyət, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin vəfatının ildönümü ilə əlaqədar məktəbin akt zalında anım günü tədbiri keçirildi. Tədbirdə məktəb rəhbəliyi, müəllim və şagird kollektivi iştirak etmişlər. Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndi. 
              Anım günündə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi, vətənimizə göstərdiyi xidmətlər, elmə və təhsilə verdiyi dəyərlər haqqında geniş məlumat verildi. Şagirdlərimizin ifasında Ulu Öndərə həsr olunmuş şeir və mətnlər səsləndi. Sonda məktəbin direktoru Sevda xanım Qocayeva Heydər Əliyevin güclü siyasəti, uzaqgörənliyi barədə şagirdlərə daha geniş məlumatlar verdi. Təbdiri hazırlayan müəllimlərə, təşkilatçılara və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi