Qəhrəmanlar unudulmur

“Zəfər Şəhid ailələrinə dəstək” ictimai birliyinin təklifi ilə 05 noyabr tarixində  264 nömrəli məktəb-liseydə “Qəhrəmanlar unudulmur” adlı layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə millət vəkili Gövhər Baxşəliyeva, xalq artisti Nurəddin Mehdixanlı, AZTV əməkdaşı Bəxtiyar Qaraca, aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə, qardaşı, şəhid anası, aprel döyüşlərində həlak olmuş mayor Rasim Məmmədovun ailəsi, aprel qazisi baş leytenant Əhliyyət Mehdiyev, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.

Məktəb-liseyin direktoru Sevda Qocayevanın giriş sözündən sonra millət vəkili Gövhər Baxşəliyeva və digər qonaqlar çıxış etdilər. Tədbirdə iştirak edən müəllim və şagirdlər çıxışlardan xeyli təsirləndilər. Bu tədbir şagirdlərin milli vətənpərvər ruhda yetişməsi üçün cox böyük zəmin yaradan amillərdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi